Şənbə , 7 Mart 2026
Drone Cameras

Braziliya Maduro hadisəsindən sonra HHM sistemlərini gücləndirməyə qərar verib

Braziliyanın quru qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin sürətlə gücləndirilməsi və öz PUA donanmasının yaradılmasına başlayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı CNN Brasil braziliyalı general Tomas Paivaya istinadən yayıb. Bildirilir ki, ABŞ-ın Venesuelaya qarşı təcavüzündən sonra Prezident Luiz İnasio Lula da Silva silahlı qüvvələrin rəhbərliyi ilə görüş keçirib. Paiva öz hesabatında ölkənin müdafiə qabiliyyətindəki “strateji zəiflikləri” vurğulayıb. Hərbi lider orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin, helikopter donanmasının modernləşdirilməsinin və kəşfiyyat və hücum dronlarının alınmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Braziliyanın müdafiə naziri Xose Musio Monteyro qeyd edib ki, Amazonda Venesuela ilə şimal sərhədinin təhlükəsizliyini təxminən 10.000 əsgər təmin edir. Lakin nazirin sözlərinə görə, qoşunların texniki təchizatı yeni təhdidlər nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir.

Check Also

ABŞ İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb

ABŞ “Epik qəzəb” hərbi əməliyyatı çərçivəsində İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb. Boyukmillet.com xəbər verir ki, …