Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Braziliya Prezidenti təyyarə qəzası ilə bağlı üç günlük matəm elan edib

Braziliya Prezidenti Luis İnasiu Lula Da Silva San-Paulo ştatında baş verən 61 nəfərin öldüyü təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Braziliya lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Vinyedudakı faciəli hadisənin 61 qurbanının xatirəsinə ölkədə 3 gün rəsmi matəm elan edirik”, – paylaşımda deyilir.

Qeyd edək ki, matəm elan edilməsi haqqında fərmanın mətni də orada paylaşılıb.

Ötən gün Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 61 nəfər ölüb.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …