Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Britaniyada hər həftə 500 insan təcili yardım ala bilmədiyi üçün ölür

Böyük Britaniyada hər həftə 500-ə qədər insan vaxtında təcili yardım göstərilmədiyi üçün ölür.

Boyukmillet.com xəbər verir ki, bunu Kral Təcili Tibbi Yardım Kollecinin prezidenti, baş tibb işçisi, həkim Adrian Boyle “The Telegraph” nəşrinə bildirib.

Mütəxəssis qeyd edib ki, şiddətli qrip mövsümü nəticəsində səhiyyə sisteminin fəaliyyəti daha da çətinləşib və bu, yüzlərlə insanın ölümə səbəb olub.

“Hazırda səhiyyə sisteminin işinə ikiqat – koronavirus infeksiyası və qrip epidemiyası mane olur. Bu da xəstəxana işçilərinə təsir göstərir. Hazırda güclü həkim çatışmazlığı mövcuddur. İndi xəstələrin tibb müəssisələrinə yerləşdirilməsi və onların müalicəsi ilə bağlı vəziyyət COVID-19 pandemiyası zamanı olduğundan daha pisdir”.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …