“Ermənistan Azərbaycan ərazisinə minlərlə mina basdırıb”.
Boyukmillet.com-un məlumatına görə, bu, 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord “Azərbaycan – neft, mütərəqqi düşüncə və minalar ölkəsi” başlıqlı məqaləsində yer alıb.
Parlament qrupunun rəsmi internet səhifəsində dərc olunan məqalədə ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi Britaniya Parlamentində yüksək qiymətləndirilib və dünya üçün nümunə olaraq göstərilib.
Məqalədə dağıdılmış Ağdam şəhərinə ötən ilin mayında səfərini xatırlayan müəllif Ermənistanla 30 illik münaqişə zamanı Azərbaycan ərazisinə minlərlə minaların basdırıldığını, raket və bombaların atıldığını qeyd edib.
Beynəlxalq QHT-lərin köməkliyi və Britaniya hökumətinin maliyyə yardımı nəticəsində, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tədricən ərazini partlayıcı maddələrdən təmizlədiyi bildirilib. Bu günədək 19 000 hektardan artıq ərazidə 55 000 dən çox partlayıcı maddələrdən təmizləndiyi qeyd olunub.
Məqalədə Britaniya höküməti ərazilərin minalardan təmizləməsində ANAMA-nın fəaliyyətini nümunəvi hesab edərək gələcəkdə Ukraynada tətbiq etməyi planlaşdırdığı qeyd olunub.