Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Britaniyanın baş həkimi: COVID-19-un yeni növü yüksək sürətlə yayılır

Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni növü sürətlə yayılır və əhalidən daha çox ehtiyatlılıq tələb edir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş həkimi, professor Kris Uittinin bəyanatında deyilir.

O, qeyd edib ki, İngiltərənin Cənub-Şərqində yeni virus növünün sürətlə yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virus növünün daha sürətli şəkildə yayıla biləcəyini güman edir.

“Biz Ümumdünya Səhiyyə Təşkilatını xəbərdarlıq etdik və anlayışımızın yaxşılaşması üçün mümkün məlumatları təhlil etməyə davam edirik. Yeni virus növünün daha yüksək ölüm halına səbəb olması və ya peyvəndlərə, müalicələrə təsir etməsi barədə hələ məlumat yoxdur, lakin bunu təsdiqləmək üçün təcili araşdırmalar aparılır”, – Uitti qeyd edib.

“Bu xəbərləri nəzərə alaraq, indi insanların öz ərazilərində virusun yayılmasını azaltmaq üçün hərəkətə keçmələri hər zamankindən daha çox vacibdir”, – İngiltərənin baş həkimi əlavə edib.

Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında bildirib. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …