Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Bu addımlar parlamentin effektiv fəaliyyətinə təkan ola bilər” – Rauf Zeyni

Düşünürəm ki, müxalifət düşərgəsindən olan partiya nümayəndələrinin parlament təyinatlarında yer alması, professor Fəzail İbrahimlinin həm parlament sədrinin müavini, həm də İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilməsi çox mühüm yenilik və irəliləyişdir. Bu kimi yeni addımlar parlamentin bundan sonra daha effektiv, səmərəli fəaliyyət göstərməsinə çox böyük təkan ola bilər”.

Boyukmillet.com  Teleqraf.com -a istinadən xəbər verir ki, ki açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, ölkə başçısı parlamentin səmərəliliyinin artırılması, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı, millət vəkillərinin xarici səfərlərdə olarkən, azərbaycançılığın təmsil olunması, ölkə maraqlarının daha yüksək səviyyədə müdafiə olunması ilə bağlı öz tövsiyələrini verdi:

“Aparılan islahatların yeni parlamentin formalaşmasına yol açması təqdirəlayiqdir. Ölkə başçısı iclasda hədəfləri də müəyyən etdi. Azərbaycan dövlət olaraq, hədəflər uğrunda mübarizə aparır. Bu mübarizədə dövlətimizin, ordumuzun, iqtisadiyyatımızın güclənməsi və parlamentin çoxpartiyalı sistem əsasında formalaşması, ölkənin inkişafına töhvələrini verməsi prezident tərəfindən qeyd olundu”.

MQF prezidenti bildirib ki, parlamentin yeni sədri, komitə sədrləri və müavinlərinin seçilməsi ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir:

“Mən parlamentdə yeni vəzifələrə seçilən bütün deputatları Milli QHT Formu və öz adımdan təbrik edirəm. Onlara öz fəaliyyətlərində, parlamentin yeni keyfiyyətdə səmərəli fəaliyyətinin yüksəlməsində uğurlar arzu edirəm”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …