Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Bu gün Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür

Rusiya prezidenti Vladimir Putin bu gün doğum gününü qeyd edir.

Boyukmillet.com-un xəbərinə görə, bu gün onun 65 yaşı tamam olur.

Vladimir Putin 1952-ci ildə, Sankt-Peterburqda (Leninqrad) anadan olub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrada Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

Vladimir Putin Rusiya Federasiyası Hökumətinin Sədri, Rusiya Federasiyasının sayca ikinci prezidenti olub. Rusiya Dövlət Dumasına 2007-ci il seçkiləri zamanı V.Putin Vahid Rusiya Partiyasının seçki siyahısına rəhbərlik edib. 2008-ci ilin may ayından Vahid Rusiya Partiyasının sədridir.

2012-ci il martın 4-də Rusiya Federasiyasının yenidən prezidenti seçilib. 

Rusiya dövlət başçısı idman həvəskarıdır,cüdo ilə məşğul olub.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir