Şənbə , 14 Mart 2026
Drone Cameras

Bu gün Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.

Check Also

Paşinyan Simonyanı İstanbula niyə göndərir – MÜHÜM GƏLİŞMƏ

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. …