Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Boyukmillet.com-un məlumatına görə, final oyununda son çempion “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. “Qartallar” “köhlən atlar”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cü olacaq.

Azərbaycan Kuboku

Final

27 may

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Hakim-inspektor: Frits Ştuxlik

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik “Keşlə” (indiki “Şamaxı”) klubu olub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …