Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Boyukmillet.com xəbər verir ki, toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçiriləcək.

Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.

FETO, PKK, İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı mübarizə də Milli Təhlükəsizlik Şurasının gündəliyində olacaq.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …