Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bu gündən Türkiyədə risk qruplarına yeni doza vaksin tətbiq ediləcək

Bu gündən etibarən Türkiyədə risk qruplarına görə “mRNA” peyvəndi tətbiq olunacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Səhiyyə naziri “mRNA” peyvəndinin ikinci dozasından altı ay keçən tibb işçiləri, 18-60 yaş arası xroniki xəstələr və 60 yaşdan yuxarı insanların peyvənd olunacağını qeyd edib.

“İki dəfə peyvənd olunan insanlar yeni doza üçün könüllü olmalıdırlar. Onlar ən yaxın şəhər xəstəxanasına müraciət edə bilərlər”, – Koca vurğulayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …