Bazar , 28 Aprel 2024
Drone Cameras

Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə  Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Check Also

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya …