Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Bu mənə qarşı deyil, Türkiyəyə qarşı bir hücumdur, hədəf Türkiyədir” -Süleyman Soyludan cinayətkar şəbəkə liderinin iddialarına cavab

“Bu hücumlar mənə qarşı deyil, Türkiyəyə qarşı bir əməliyyat var, hədəf Türkiyədir.” 

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu “Habertürk”ə müsahibəsində deyib. Soylu, Birləşmiş Ərəb Əmirliklərinə qaçan mütəşəkkil cinayətkar şəbəkənin lideri Sedat Pekərin iddialarına cavab verib. 


“Türkiyədə hər kəsin tanıdığı, həyatı hamıya aydın olan bir mütəşəkkil cinayətkarın iftiraları bir cəfəngiyyatdır. Bunlarla heç bir əlaqəmiz yoxdur. Doğru saymırıq deyərək bir kənarda dura bilərdik. Diqqət etsəniz, birinci və ikinci videolarında mənimlə əlaqəli bir şey danışmırdı. Mən həmin vaxt açıq fikirimi bildirdim. 
 

Onun dediklərini hər cür sapıqlığın içində olan birisinin ipə-sapa yatmaz sözləri olaraq görmədim. Baxdım ki, birilərinin vəkilliyini edir. İddiaları və böhtanları tamamilə boş olsa da, dövləti hədəf alır, Türkiyəni təhdid etməyə çalışır”, deyə Soylu qeyd edib. 

Süleyman Soylu Sedat Pekərin “qırmızı bülleten”lə axtarışa verildiyini də bildirib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …