Cümə axşamı , 2 May 2024
Drone Cameras

“Bu müharibə kimə lazımdır?” – Donetskin döyüşlər gedən kəndindən REPORTAJ

Ukraynanın Donetsk vilayətinin separatçılar ilə təmas kəndlərində atışmalar intensivləşib. Dünən və bu gün ərzində Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə kəndlərə soxulmağa cəhd edən separatçılarla ağır döyüşlər gedir. Xüsusilə Limanskı rayonu və rayonun təmas xəttini əhatə edən kəndləri intensiv minomyot, artilleriya atəşləri altındadır. Rayonun xüsusilə Aleksandrovka, Yaskovka, Rubtsı və Krimki kəndləri qondarma separatçı “Donetsk Xalq Respublikası” separatçılarının hücumları altındadır.

Aleksandrovka kəndi sakini Viktor Sorenko bildirir ki, atəşə intensiv məruz qalırlar: “Yenə də atəş başlayır. Artıq bu atəşdən bezmişik, daha döyüşmək istəmirik, dinc həyat istəyirik. Mən özüm milliyyətcə moldovanam. Bizim kənddə ruslar yaşamır, əsasən ukraynalılardır”.

Kəndin digər sakini Lyubov Miyaqota separatçıların və Rusiya ordusunun hücumlarının onları təngə gətirdiyini bildirir:

“Evlərimiz dağıdılıb. Bu, qonşumun evidir. Bilmirik, nə edək. Hara gedək? Bu nədir? Kimə lazımdır bu müharibə? Dinc həyat sürürdük, heç kimlə işimiz yox idi”.

Check Also

Avropa Komissiyasının rəsmisi: Aİ Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına sərmayə qoyur

Avropa İttifaqı Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin inkişafına sərmayə yatırır. Boyukmillet.com xəbər verir ki, bunu …