Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bu, qalibiyyət Azərbaycanın regionda və dünyada artan nüfuzunu göstərdi

Azərbaycanın apardığı Vətən müharibəsinin Zəfərlə başa çatması, doğma torpaqlarını Ermənistanın işğalından azad etməsi, ərazi bütövlüyümüzün təmin olunması, seperatçı rejimə dəstək verən, silahlandıran bəzi ölkələr Ermənistanın kaputuliyasiyasından sonra Azərbaycanın qalibiyyətını həzm edə bilmirdilər.
44 günlük müharibə dövründə ATƏT-in Minsk qrupunun ” həmsədr” ölkəsi olan Fransa ermənipərəst siyasətini açıq nümayiş etdirdi. Rusiyanın erməniləri silahlandırmasına baxmayaraq, tarixi ədalətin bərpa olunmasında Azərbaycanı haqlı saymaqla, Ermənistanın işğalçı və təcavüzkar olmasını göstərmiş oldu. Türkiyə -Azərbaycan müttəfiqliyinin də tam əsaslı olduğunu da ifadə etdi,- ” Azərbaycan müstəqil ölkədir və özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir”.
Qazandığımız qalibiyyət Ermənistan üçün tarixi dərs, ciddi mesaj oldu. Ermənistan bu tarixi dərsdən nəticə çıxarmalı, gələcəkdə təxribatlara yol verməməlidir. Baş verənlərdən tək Ermənistan deyil, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq istəyən bütün qüvvələr nəticə çıxarmalıdırlar. Bilməlidirlər ki, bu hərəkətlərin sonu faciəvi olacaqdır. Dünya ölkələri də, Ermənistanın timsalında bu faciəyənin şahidi oldular.
Azərbaycandakı bu gücün arxasında bir sıra amillər — güclü iqtisadiyyat, xalq-dövlət birliyi, bütün xalqın bir nəfər kimi Ali Baş Komandan ətrafında birləşmək qabiliyyəti dayanır. Qüdrətli ordumuz bütün dünyaya sübut etdi ki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kimsəyə güzəştə getmək, kiməsə pay vermək niyyətində deyildir. Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə hörmət edir və ərazi bütövlüyümüzə hörmət etmək istəməyənləri buna məcbur etmək üçün gərək olan gücə malikdir.
Azərbaycanın qüdrətli ordusu və müzəffər Ali Baş Komandan özünün şərəfini, qeyrətini, gücünü, siyasi iradəsini göstərməklə adını
QIZIL hərflərlə tarixə yazdı. Gələcək nəslə işğal olunmuş torpaqları, azad torpaqlar kimi təhvil verəcəkdirlər. Azərbaycanın 200 illik tarixində Şah İsmayıl Xətai, Nadir Şah Əfşar, İlham Əliyev kimi sərkərdələrin rəhbərliyi altında Azərbaycan torpaqları azad olunmuş və birləşdirilmişdir.
Cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək dövrün möhtəşəm
YENİ TARİXİ-ni yazdı.
Azad olunmuş ərazilərimizin gülüstana çevrilməsi, infrastrukturun inkişaf proqram üçün dövlət rəhbəri ardıcıl göstərişlər verir.
Yolların , elektrik xətlərinin çəkilməsinə və başqa işlərə başlanmışdır. Cənab İlham Əliyev və 1Vitse- Prezident Mehriban Əliyeva azad olunmuş şəhərlərə səfər edir, məscidləri ziyarət edərək Azərbaycan dəyərlərini yüksək tutaraq dünyaya nümayiş etdirirlər.
Ölkə rəhbərləri şəhid ailələri ilə əlaqə saxlayaraq, yaralı əsgərləri ziyarət edir , dövlət qayğısı göstərirlər.
Bugünkü qalibiyyəti qazanmaq üçün iğid oğullar canlarından keçib Şəhid oldu, yaralandı.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfalar versin, şəhid analarımıza sonsuz səbrlər əta etsin.
Bu gün dövlət-xalq birliyinin nəticələrini görürük. Hamılıqla şəhidlərə ehtiram, yaralılara qayğı, şəhid ailələrinə kömək, dövlət qayğısı birləşmişdir.
QƏLƏBƏMİZİN GÜCÜ BUNDADIR!!
YAŞASIN AZƏRBAYCAN XALQI və DÖVLƏTİ !!
YAŞASIN QÜDRƏTLİ AZƏRBAYCAN ORDUSU!!
YAŞASIN ALİ BAŞ KOMANDAN!!
??QARABAĞ AZƏRBAYCANDIR !!??

Yasəmən Möhübbətqızı

“Dövlət və Qanun” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, Beynəlxalq Sülh Səfiri,
İSBAM – sədrinin müşaviri

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …