Həkimlər əhalinin hansı qrupunun koronavirus peyvəndindən kənarda qalacağına aydınlıq gətirib.
Pandemiya nə qədər ağır olsa da, bəzi xəstələr var ki,onlara peyvənd əks göstərişdir.
Rusiyanın səhiyyə nazirliyi bu şəxsləri qadağa siyahısına daxil edəcək.
– Vərəm xəstələri
– Kəskin respirator virus xəstəliyi keçirən
– İnsult keçirmiş xəstələr
– Kəskin sistem xəstəlikləri olanlar
– Dağınıq skleroz xəstələri
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip, qızdırma olmamalıdır
İnfeksionist Anna Balandina izah edib ki, vaksinə qarşı orqanizmin reaksiyası qeyri-adekvat olar.
Bu insanların immuniteti artıq digər aktiv xəstəliklə mübarizəyə məşğuldur, bu halda ona ikinci virus yükləmək olmaz. Çünki peyvənddən sonra hərarət qalxır, insan özünü əzgin hiss edir. İnsult keçirmiş xəstələr üçün bu epilepsiya tutmaları ilə nəticələnə bilər.