Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Burcanadze Saakaşvilini ittiham edi: “Müharibəni o, başlatdı”

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze “Russia Today” kanalına 8 avqust 2008-ci ildə baş verən Cənubi Osetiya hadisələri haqda danışıb.

Boyukmillet.com xəbər verir ki, o, regionda Cənubi Osetiyada başlayan müharibənin məsuliyyətini sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin üzərinə qoyub.

“Müharibəni Saakaşvili başladı. Bu faciəvi hadisələrlə bağlı məsuliyyəti ilk növbədə onun üzərinə düşür. Bütün mətbuat nümayəndələri məni Gürcüstanın düşməni elan etdilər. AB komissiyasının təhqiqatının nəticələrinə baxmayaraq, Haydi Talyavinin (2008-ci il münaqişəsinin səbəblərini araşdıran beynəlxalq komissiyasının sədri, isveçrəli diplomat) bəyanatına baxmayaraq və hər kəsin nəyin nə olduğunu bildiyi halda müharibəni Saakaşvilinin başlatmasından danışmaq Gürcüstanda məqbul sayılmır. Heç kəs bu məsələyə diqqət ayırıb, bu mövzu ətrafında danışmaq istəmir” – Burcanadze belə deyib.

Xatırladaq ki, 2008-ci ilin 8 avqustunda Gürcüstanın Cənubi Osetiyada başlatdığı əməliyyatlar nəticəsində Rusiya ilə 5 günlük müharibə başlamışdı. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq onların ərazisində öz qoşunlarını yerləşdirmişdi. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir