Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“Buta Airways”ın təyyarəsi məcburi eniş etdi

Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.

Boyukmillet.com bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuş davam etdiriləcək. 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …