Cümə , 9 May 2025
Drone Cameras

Cəbhədə atəşkəs pozuldu: Pulemyotlardan və snayperlərdən…

Atəşkəs rejimi bu gecə də pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Check Also

Rusiyanın AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq prosesini uzatdığı deyilir

“Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir” Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə …