Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı – MN açıqladı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb:

“Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır”.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …