Bazar , 11 Yanvar 2026
Drone Cameras

Cəbrayılda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları ilə tanışlıq olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib.

Boyukmillet.com xəbər verir ki, tanışlıq çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilər barədə məlumat verilib.

Qeyd edək ki, avqustun 16-da Laçın şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçiriləcək.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …