Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Cəlil Xəlilov: “Ermənistanın terrorçuluq fəaliyyəti onun özü üçün faciəvi nəticələrə səbəb olacaq”

Cəlil Xəlilov: “Ermənistanın terrorçuluq fəaliyyəti onun özü üçün faciəvi nəticələrə səbəb olacaq”

Məlum olduğu kimi, işğaldan azad edilmiş bəzi ərazilərdə darmadağın edilən erməni ordusu tör-töküntüləri meşələrdə gizlənərək əsgərlərimizə xain hücumlar, təxribatlar həyata keçirməkdədir.

Moderator.az-a açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın aldığı məğlubiyyətdən dərs çıxarmalı olduğunu qeyd edib:

“Son vaxtlar işğaldan azad edilən bəzi ərazilərdə meşələrdə, dağlarda gizlənən erməni hərbçilərinin əsgərlərimizə, mülki insanlarımıza qarşı xain hücumlar həyata keçirməsi erməni xislətinin vəhşiliyindən, acizliyindən, miskinliyindən xəbər verir. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyən, öz tankını, topunu, yaralı yoldaşını qoyub qaçan erməni əsgərlərinin, İrəvanın məğlubiyyətlə bağlı sənədə qol çəkməsindən sonra bu cür terror aktları həyata keçirməsi yolverilməzdir və bu, hər şeydən öncə tərəflər arasında imzalanan üçrətəfli razılaşmanın şərtlərinə ziddir.

Ermənistan aldığı məğlubiyyətdən dərs çıxarmalı, terrorçuluq, təxribatçılıq fəaliyyətindən əl çəkməlidir. İrəvan bilməlidir ki, bu cür siyasət hər şeydən öncə onun özü üçün ağır nəticələrə səbəb olacaq.

Təbii ki, erməni təxribatlarının davam etməsi, düşmənin terror fəaliyyətindən əl çəkməməsi Azərbaycanı anti-terror əməliyyatları həyata keçirmək, bu təxribatların qarşısını almaq üçün hərbi müstəvidə konkret addımlar atmaq məcburiyyətində qoya bilər. Azərbaycan 8 noyabr zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, yenilməz ordusu var və bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir. 10 dekabr paradında “Azadlıq” meydanında hərbi qənimət nümunəsi kimi nümayiş olunan erməni tankları da ordumuzun ərazi bütövlüyünü qorumaq, hər cür terror və təxribatı önləmək qabiliyyətində olduğunu göstərdi. Odur ki, Ermənistan öz terrorçu fəaliyyətini davam etdirərsə, bunun acı, dəhşətli nəticələri ilə qarşılaşmalı olacaq”.

Seymur ƏLİYEV

Check Also

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib” Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. …