Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

Boyukmillet.com xəbər verir ki, hadisə sentyabrın 5-i saat 14 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobil hərəkətdə olarkən Musalı kənd sakini, 2017-ci il təvəllüdlü Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə uşaq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həmin gün orada ölüb.

Fakta görə Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …