Bazar , 29 Mart 2026
Drone Cameras

Cəlilabadda şəhidlər abidəsinin açılışı olub

Cəlilabad rayonunda şəhidlər abidəsinin açılış mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, abidə rayonun Komanlı kənd tam orta məktəbinin həyətində tikilib.

Abidənin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Ombudsmanın Regional Mərkəzinin, rayon Gənclər və İdman İdarəsinin, YAP rayon təşkilatının rəhbərliyi, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər qəhrəman şəhidlərimizin igidliklərindən söz açıblar.

Daha sonra abidənin örtüyü götürülüb və önünə gül dəstələri qoyulub.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …