Cümə , 9 May 2025
Drone Cameras

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, Xatirə Kompleksi şəhər qəbiristanlığının ərazisində yerləşir.

Kompleksin ərazisində işıqlanma sistemləri qurulub və dekorativ ağaclar əkilib. Xatirə Kompleksində Vətən Müharibəsində şəhid olmuş 97 qəhrəmanın fotosu və onlar haqqında məlumat lövhələri öz əksini tapıb.

Qeyd edək ki, Xatirə Kompleksi rayon sakinlərinin təşəbbüsü ilə tikilib.

Cəlilabadın 97 sakini qırx dörd günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Onlar müxtəlif orden və medallarla təltif ediliblər.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …