Bazar , 19 May 2024
Drone Cameras

Kreml Putinlə Ərdoğanın müzakirə mövzularını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıdakı danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq”, – Kremlin nümayəndəsi vurğulayıb.

Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.

Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.

İki prezidentin son birbaşa görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …