Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə o, “Truth Social”da müvafiq məqalə dərc edib.

“Cənubi Koreya tarifləri azaltmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Bundan başqa, onlar bizim böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarları tərəfindən ölkəmizə sərmayə qoyuluşu 600 milyard dolları keçəcək”, – Tramp qeyd edib.

O, həmçinin nüvə sualtı qayığının tikintisinə “icazə verdiyini” qeyd edib: “Cənubi Koreya öz nüvə sualtı qayığını Filadelfiya tərsanələrində inşa edəcək. Ölkəmizdə gəmiqayırma işləri tezliklə normal vəziyyətə düşəcək”.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …