“Mitinqlər keçirtmək və bu mitinqlərə daha çox müxalifət partiyalarını cəlb etmək hər zaman AXCP-nin siyasi menyusunda olan bir məsələdir”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə lakin məsələ ondandır ki, bir neçə dəfə bəzi partiyalar bu “tora” düşüb və sonra da çox peşman olublar: “Çünki AXCP rəhbərliyi özlərini həmişə olduğu kimi əsl “fədakar” kimi qələmə veriblər və digər partiyaları aşağılamaqdan belə çəkinməyiblər. Yaxın tarix buna əyani sübutdur. Əlbəttə bu aldatma əməliyyatı baş tutsa belə, Əli Kərimlinin “tərəfdarları” sayı 100-200 nəfər civarında arta bilir. Çünki digər müxalifət partiyalarının insan resursları və tərəfdarlarının sayı da “Milli Şura”dan geri qalmır. Cəmil Həsənlinin ABŞ səfərindən yeni sifarişlərin və tapşırıqların olması ehtimalını yenidən gündəmə gətirir. Lakin bütün hallarda radikal qüvvələrin kütləvi aksiyalar keçirmək üçün tərəfdarları olmadığı üçün bu sifarişlərin həyata keçirilməsi üçün şərait yoxdur. Bu baxımdan həmin qüvvələr lokal (bir neçə nəfərin iştirak etdiyi) münaqişələrin yaradılmasına cəhd edəcəklər”.
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …