Bu gün dünən kimi, Azərbaycan xalqını Elçibəyçilər və Heydər Əliyevçilər adı altında cəbhələrə bölən eyni mərkəzli 5 kolon hələ də meydanda at oynadır.
Belə bölücülüyün birini də Millət Vəkili, Prezident yanında Sosial Tedqiqatlar Mərkəzinin rəhbəri sayın Zahid Orucun açıqlamalarında görmək olur.
Sayın Zahid bəy, Elçibəyçilər deməklə cəbhə açmaq istədiyiniz qüvvələrin böyük əksəriyyətinin Elçibəy ideologiyasına aidiyyatı yoxdur. Elçibəy rəsmini başının üstündən asan, amma Bütöv Azərbaycan, Türklük, Turanlılıq siyasətinin daşıyıcısı olmayan, Azərbaycandan başqa hər kəsə, hər yerə işləməyə hazır olanlar Elçibəyçi ola bilməz.
Elçibəyin prezidentliyinin qorunmasına cavabdeh olan, amma əks cəbhə ilə gizli iş birliyinə girən, Elçibəy komandası kimi görünüb onun haqda iftira atan, saxtakarlıq edən , bir əli Klintonun, bir əli Putinin əlində olan, fars şovinizminə qucaq açan, yerli mafiozların oyuncağı olan, Elçibəyçi deyildir.
Heydər Əliyevçilər dediyiniz və özünüzü də onlardan saymağa cəhd etdiyiniz cəbhənin böyük qisminin Heydər Əliyev ideologiyasının daşıyıcısı olmadığı son siyasi proseslərin gedişatında daha aydın görünməkdədi.
Azərbaycan dövlətini ayaqlar altına atmaq, iqtisadiyatını çökdürmık, hər şey ailem üçün, Azərbaycana düşmən olan ağalarım üçün demək Heydər Əliyevçilik sayıla bilməz.
Azərbaycançılığı bəhanə edib Heydər Əliyevin adından Moskvanın anti Türk siyasətini sırımaq Heydər Əliyevçilik olmaz.
Heydər Əliyevin oğlu, Azərbaycan Respublikasının Prezidenti Sayın İlham Əliyevə və ailəsinə cəbhə açmaq Heydər Əliyevçilik deyildir.
Sayın Zahid bəy Oruç bildiyim qədər sizin rəhbərlik etdiyiniz Sosial Tədqiqatlar Mərkəzinin işinin biri də Azərbaycanda sosial araşdırmalar aparmaqla siyasi qruplaşmaların dövlətçiliyimiz üçün nə kimi rol oynadıqları haqda xalqı və Dövlətin aidiyatı qurumlarını bilgiləndirməkdir . Eyni zamanda sizin işiniz Prezident İlham Əliyevin tez tez işlətdiyi 5 kolonun nələrlə məşğul olduğunu və hansı qüvvələrdən təşkil edildiyini araşdırıb Azərbaycan xalqını məlumatlandırmaqdır.
Sayın Zahid Oruç siz gözəl bilirsiniz ki, Elçibəyçilər və Heydər Əliyevçilər fikrini dərinləşdirməyiniz, bu adlar altında gizlənən Elçibəyçiliyə və Heydər Əliyevçiliyə düşmən olan eyni mərkəzli 5 kolonun mövqeyini möhkəmləndirirsiniz.
Mən çox istərdim ki, siz bu düşüncədə kimlərinsə təsiri altında deyil, Dövləti Alinin yanında olasınız.
Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanı.