Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Cahandar BAYOĞLU: İran adlanan ölkə çıxılmaz bataqlığa yuvarlanır

15 noyabr 2019-cu il tarixində İran adlanan Azərbaycanda siyasi hakimiyyəti ələ keçirən fars şovinizminin molla üzü benzinin qiymətini gözlənilmədən 300% artırması, xalqın külətiv şəkildə etirazlarına səbəb oldu. Etiraz ölkənin bütün şəhərlərində gerçəkləşdi. Xalqın iradəsi getdikçə rejim üçün təhlükə daşımağa başladı. Başda ABŞ olmaqla Qərb ölkələri xalqın bu haqlı etirazlarına dəstək verdi. ABŞ etirazları dəstəkləməklə, rejimə qarşı sərt davranışlar sərgilədi. Mühacir fars şovinist “palani şahçılar”, “xalqın mücahidləri” və digər paniranist təşkilatlar xalqı rejimi devirməyə çağırmaqdan çəkinmədidilər.Fars şovinist molla hakimiyyəti xalqın etiraz dalğasını yatırtmaq üçün birlik olarak, internetin ölkədə yayınlanmasını yasaqladı, hərbi, polis və təhlükəsizlik güclərini meydana şıxardı. Beləliklə etirazların yatırılmasında 24 milyon üzvü olan “bəsici”lər aktiv rol aldılar. Olayların ilk günündə İran adlı ölkənin Məclisində qiymət artımına etirazlar oldu. Bir neçə nazir sorğuya müzakirələrə dəvət edildi. Hətta məclisdə xüsusi hesabat vermək üçün Həsən Ruhani də dəvət edildi. Siyasi hakimiyyət olduqça ağır günlərini yaşasa da təhlükəsizlik qüvvələri, ordu, polis və bəsici güçləri heç nədən çəkinmədən silahlardan istifadə edərək etirazları qan içində boğdular. Xalqın etirazlarının yatırılmasında beynəlxalq insan haqları təşkilatlarının bilgisinə görə azından 200 nəfərə yaxın etirazçı öldürüldü və minlərlə adam həbs edildi.Bu gün də rejim ölkəni hərbi polis qanunlarının şərtləri daxilində nəzarətdə saxlamaqla 1979-cu ildə baş verən 23 Bəhmən İnqilabı zamanı yaradılan və diktatura makinası kimi tanınan “İnqilab Komitəsi”ni bərpa etmək üçün qərar verib. Ölkədə iqtisadi böhran dərinləşdikçə, dini qurumlarla hükümət arasında ziddiyyətlər kəskinləşməyə doğru istiqamətlənibdir. Əgər “İnqilab Komitəsi” bərpa olunursa, deməli istənilən vətəndaş məhkəməsiz və sorğu-sualsız küçələrdə rejim tərəfindən anındaca terror olunaraq öldürülə bilər. İran adlanan ölkənin çıxılmaz bataqlığa yuvarlanmasının ən böyük səbəblərindən biri də budur.Cahandar BAYOĞLUBAY (Birləşik Azərbaycan  Yurdları) Ocağı Başqanı

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …