Boyukmillet.com xəbər verir ki, bu barədə “BAY Düçüncə Ocağı” Başqanı, tədqiqatçı Cahandar Bayoğlu öz rəsmi səhifəsində münasibət bildirib: “İran adlanan ölkə tarixi Azərbaycan-Türk torpaqlarıdır. 1925-ci ildə sömürgəçi dünya gücləri Qacar-Türk dövlətini devirərək ifrat fars şovinist siyasətinə bağlı “Tehran mərkəzli” İran dövlətini qurmuşlar. Bu proses 1978-ci il 23 Bəhmən İnqilabından sonra, fars şovinizmi ilə yanaşı mollakratiya ideoloji sisteminə bağlı hakimiyyət qurulmuşdur. Çünki, 57 il ərzində İran adlı ölkədə Azərbaycan Türklərini fars-pəhləvi konsepti ilə assimliasiyaya uğrada bilmədikləri üçün, bu dəfə dini-klerikal sistemi tətbiq etməyə başladılar. Düz 40 ildir bu ikili doktrina ən dərin qatlara kimi yürüdülsə də, sonucda heç bir başarıya nədən olmamışdır. Bu gün İran adlı Azərbaycan Dövlətində yaşanılan sosial-iqtisadi, ictimai-siyasi, kültür və yasalara uyğun yaşam tərzinin böhranlarla üz-üzə qalmaqdadır.Son günler İran’da başlanan sosial iqtisadi gerginlik kütlevi iğtişaşlara sebeb olmasına, Birleşik Azerbaycan Yurtları (BAY) Ocağı Başkanı Cahandar Bayoğlu münasibet bildirib. İran Adlanan Azerbaycanda,bu gün yanacaq məhsullarının dəyərinin 4 dəfə artması çox ciddi etirazlara nədən olub. İndiki məqamda qeyri-qanuni yolla ölkəni idarə edən “İslam İnqilabının Keşikçiləri Ordusu” (SEPAH) prosesləri zor gücü ilə nəzarətə almaq üçün qan tökməkdədir. O da bəllidir ki, bütün bunlar sosial gərginliklərin qarşısını almaqda yetərli sayılmır. Beləliklə yaranmış gərginlik artıq tarixi-genaloji qanunauyunğa görə MİLLİ XARAKTER almaqdadır. Odur ki, yaranmış belə bir məqamda dış güclərin müdaxiləsi olmadan rejim yaratdığı problemləri aradan qaldırmaq üçün islahatlara getmelidir . Özəliklə qonşu Türkiyə və Azərbaycan Cümhuriyyətləri ilə danışıqlara başlanmalıdır. Bu danışıqlar zamanı İran adlı Azərbaycan dövlətinin dövlət quruluşunun Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin dövlət quruluşu ilə eyniləşdirilməsi üçün başladılan silahatlarla yanaşı, üçlü KONFEDERASİYA (Azərbaycan Respublikası, Türkiyə Cumhuriyəti, İran adlanan Azərbaycan) sistemi ana hədəf olmalıdır. Özəlliklə Azərbaycan Türk kökənli məmurların üzərinə çox böyük tarixi görəv düşür. Bu nizama uyğun olmayan hər hansı başqa seçimin gündəmə gətirilməsi baş verərsə, “İran” adlı ölkənin dağılması həm də rejimi idarə edənlərin dar ağacaından asılması, ya da Səddam Hüseyn, Müəmmər Qəddafi kimi ifrat diktatorların yer altında gizlənmələri ilə sonuclanacaq”
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …