Cümə axşamı , 16 Yanvar 2025

Biznes

Naxçıvanda bu il 12 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 6 618 müraciət üzrə 11 821 “ASAN İmza” sertifikatı verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bundan başqa, məlumata görə, 11 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34 346 şəxs qəbul edilib. Xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə …

Read More »

ATİB-ə yeni sədr seçilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinə yeni sədr seçilib. Sitat.info xəbər verir ki, bu, Mürsəl Rüstəmovdur. O, indiyə qədər ATİB-in sədr müavini olub və yeni vəzifəsində Cemal Yanqını əvəz edib. M.Rüstəmov vaxtilə “PAŞA Həyat Sığorta” ASC-nin İH-nin sədri vəzifəsində çalışıb.

Read More »

Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb

Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Böyük Britaniyanın “Concerte Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində baş tutub.

Read More »

Vasile Soare: “Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”

“Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir, həmçinin biıdirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində birgə uğurla çalışırlar. “Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl …

Read More »

Gömrük sahəsi üzrə GUAM ölkələrində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb

GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, fikir mübadiləsi noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası zamanı aparılıb. Onlayn formatda keçirilən tədbirdə, həmçinin 35-ci iclasın protokolunun icrası, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti müzakirə olunub. Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov …

Read More »

Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun müəssisələrə təşkil etdiyi mediaturda bildirilib. Məlumata görə, bunlardan biri vaxtilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan və sonradan dövlətin balansına keçən “Akkord Mərmər Qranit” MMC-nin bazasında yaradılmış “Bakı Mərmər Qranit” MMC-dir. Müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb, inventarlaşdırma aparılıb, …

Read More »

Nə? Harda? Nə zaman? intelektual oyununun qalibi “Azertexnolayn” oldu

“Azertexnolayn” MMC “Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə Nə? Harda ? Nə zaman ? intellektual oyunu çərçivəsində keçirilən “Zəka dolu Əyləncə” adlı tədbirin iştirakçısı olub. Tədbirdə açılış nitqi edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektiv arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, …

Read More »

Azərbaycan və Tacikistan ticarət əlaqələrini intensivləşdirir

Azərbaycan və Tacikistan arasında ticarət əlaqələrinin intensivləşdirilməsi müzakirə olunub. “Report”un İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu barədə Agentliyin icraçı direktoru Yusif Abdullayevin Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda ilə görüşündə bildirilib. Məlumata görə, görüşdə Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkə iqtisadiyyatına qeyri-neft investisiyalarının cəlb olunması çərçivəsində görülən işlər haqqında məlumat verib. Tərəflər SPECA …

Read More »

Azərbaycan içki və sirkə ixracından gəlirlərini 3 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib. Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. 10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur. Hesabat dövründə içki və sirkə üzrə ixrac Azərbaycanın ümumi …

Read More »

İşğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün 1 550-dən çox müraciət daxil olub

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq, həmin ərazilərə investisiya yatırmaq istəyən sahibkarlardan 1 550-dən çox müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib. “Müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur. Ümumiyyətlə, müraciətlərin …

Read More »