Cümə axşamı , 2 May 2024

Biznes

Deputat: “Media resurslarından istifadə etmədən gənclər siyasətində nəticə əldə etmək olmaz”

“Media resurslarından səmərəli istifadə etmədən gənclər siyasətində gözlənilən nəticəni əldə etmək olmaz və bu baxımdan vahid informasiya məkanını yaratmaq çox effektivdir”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Həştərxanda keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” beynəlxalq media forumu çərçivəsində “Xəzəryanı ölkələrin gənclər siyasətində medianın rolu” panelində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir oğlu bildirib. O deyib ki, bu …

Read More »

Həştərxanda “Xəzər Mediası. Gəncliyin ölçüsü” mövzusunda beynəlxalq forum keçirilir

Rusiyanın Həştərxan şəhərində “Xəzər Mediası. Gəncliyin ölçüsü” mövzusunda beynəlxalq forumun açılışı olub. Boyukmillet.com xəbər verir ki, forumda iştirak edən Həştərxanın qubernatoru qonaqları və iştirakçıları salamlayaraq mərasimi açıq elan edib. O, çıxışında Böyük Vətən müharibəsində Azərbaycanın böyük roluna toxunub. Bildirib ki, Azərbaycan həm neft baxımından cəbhəyə yardım edib, həm də insanları mərdliyi ilə seçilib. Forumda, MEDİA inkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, …

Read More »

Nazir: “Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb”

“Bu ilin ilk 7 ayı ərzində Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Milli Günü münasibətilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, iki ölkə arasında uğurlu əməkdaşlıq dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanır. M.Cabbarov onu da qeyd edib ki, birgə iqtisadi komissiya ölkələr arasında əlaqələrin inkişafı üçün …

Read More »

Biznesin inkişafında yeni mərhələ – Konsaltinqa artan tələbat…

Dünyanın inkişaf etmiş ölkələrində konsaltinq şirkətlərinin xidmətindən istifadə geniş yayılıb. Azərbaycanda da müxtəlif sahələr üzrə ixtisaslaşmış belə şirkətlər mövcuddur. Bəs onların fəaliyyətinə maraq varmı? Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə Heyətinin sədri, ölkədəki konsaltinq şirkətlərindən birinin rəhbəri Vüqar Oruc “Report”a açıqlamasında son illər ölkəmizdə konsaltinq sahəsinin inkişaf etdiyini deyib: “Azərbaycanda hüquq, qiymətləndirmə, bazar araşdırmaları, marketinq və digər sahələr …

Read More »

Tovuzdakı vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək

Sabahdan başlayaraq 20 gün ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Tovuz rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək. “Göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə …

Read More »

Azərbaycan Türkiyə ilə standartlaşdırma sahəsində təcrübə mübadiləsi edəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Xidmət rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, prioritet istiqamətlər üzrə aparılan islahatlar barədə məlumat verib. O, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə TSE arasında imzalanmış Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, AZSTAND-ın ölkədə Türkiyənin 9 …

Read More »

Daxili İşlər Nazirliyinin idarəsi 3 milyon manatlıq ehtiyat hissələri alır

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi xidməti avtomobillər üçün ehtiyat hissələrinin, eləcə də şinlərin və akkumulyator batareyalarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Türkər LTD” şirkətidir. Qalib şirkətə 2,769 milyon manat ödəniləcək.

Read More »

“Yelo Bank”dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi

“Yelo Bank” ASC üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına illik cəmi 5% ilə biznes krediti təklif edir. Əməkdaşlıq çərçivəsində təklif olunan biznes kreditinin maksimal məbləği 10 milyon manatdır. Bundan başqa kredit götürmüş sahibkarlar müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər. 2022-ci ilin ilk 6 ayı …

Read More »

Dövlət Məşğulluq Agentliyi 2 milyon manatlıq tenderi yekunlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Excellent Trade” MMC-dir. Qalib şirkətə 2,297 milyon manat ödəniləcək.

Read More »

AQC üzvlərinin sayı 54-ə çatdı – Daha dörd şirkət qoşuldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. AQC İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, toplantıda avqust ayı ərzində cəmiyyətin gördüyü işlər, qarşıda nəzərdə tutulan layihələr, yeni üzvlərin qəbulu və cari mövzular müzakirə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc rəhbəri olduğu cəmiyyət tərəfindən həyata keçirilən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarının başa çatdığını bildirib. O qeyd …

Read More »