Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Azərbaycan “yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. “Yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.

İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat keçirilib.

Check Also

Azərbaycanda Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!

“Between” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə iyunun 1-də “The Ritz Carlton Baku”da Beynəlxalq Əmlak və …