Cümə , 3 May 2024

Biznes

Azərbaycanda dövlət kombinatı ləğv olunur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinin Təsərrüfat hesablı Baza Sənaye Kombinatı ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi, ev 20 ünvanına bildirə bilərlər. Xatırladaq ki, Baza Sənaye …

Read More »

Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov tviter hesabında yazıb. “Bu gün Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Seongsu Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq …

Read More »

Rusiyaya paralel idxal MDB-də anbar qıtlığına səbəb olub

Rusiyaya paralel idxal MDB-də anbar qıtlığına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Nəşr qeyd edib ki, Belarus, Qazaxıstan və Qırğızıstanda anbar sahəsinə tələbat iki dəfə artıb. “NF Group” işarə edib ki, Rusiyadan olan şirkətlərə postsovet məkanı ölkələrində paralel idxalın böyük həcmi səbəbindən saxlanma üçün 400 min m² sahəyə ehtiyac var. Qazaxıstan, Gürcüstan, Ermənistan, Qırğızıstan və …

Read More »

Qazaxıstan rəsmisi: “Azərbaycanla ticari əməkdaşlığın inkişafında maraqlıyıq”

“Qazaxıstan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclasında deyib. Onun sözlərinə görə, hər il iki ölkənin şirkətləri arasında azı 30 milyon ABŞ dolları məbləğində müqavilələr imzalanır. K.Torebayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyərinin 262 milyon ABŞ dollarına çatdığını da əlavə edib.

Read More »

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.

Read More »

Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib

Bu ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayında bildirilir. Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ …

Read More »

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək

Yaxın vaxtlarda Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah arasında keçirilən onlayn görüşdə qeyd edilib. Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, KOBİA nümayəndələrinin və …

Read More »

Azərbaycanda uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub. Boyukmillet.com xəbər verir ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC-in müxtəlif təsərrüfat subyektlərinə verdiyi 26 sayda, “Aqrosert” MMC-nin verdiyi 4 sayda, “Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və “Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən …

Read More »

Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır

Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar dərc edildiyi gündən …

Read More »