Cümə , 17 May 2024

Biznes

Dövlət Xidməti “Aztelekom” və “Baktelecom”a qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalarını davam etdirir. Adları çəkilən rabitə …

Read More »

İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsi avtomobildə narkotik vasitə və güclü təsir edən maddə aşkar edib. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İrandan Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb. Yoxlama zamanı yük nəqliyyat vasitəsindən …

Read More »

Türk Dünyası Dəyərləmə Uzmanları Birliyi təsis olunur – Vüqar Oruc və Yaşar Bahçeci razılığa gəldilər (FOTOLAR)

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verən Vüqar Oruc bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin …

Read More »

2025-ci ilə qədər illik qeyri-neft ixracı 5 milyard dollara çatdırılacaq

Azərbaycan 2025-ci ilə qədər qeyri-neft məhsullarının ixracının illik dəyərini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib. “Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var. Biz beynəlxalq sərgi və yarmarkalarda iştirak edirik, vahid ölkə sistemi ilə təmsil olunuruq və yerli istehsala aid qeyri-neft məhsullarını “Made in Azerbaijan” brendi …

Read More »

Bakıda 500 mindən çox sənədsiz evin olmasının səbəbi nədir?

Ölkəmizdə sənədsiz evlərlə bağlı problemlər zaman-zaman gündəmə gəlir. Bu problem gah məhkəmə predmeti, gah da mətbuatın hədəfi olsa da, son nəticəsi hər dəfə təxminən eyni olur. Bildirilir ki, məsələ tezliklə köklü şəkildə öz həllini tapacaq. Boyukmillet.com xəbər verir ki, Bakıda 500 mindən çox “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsdən çıxarışı olmayan fərdi həyət evləri var: “Belə evlərin olmasına səbəb …

Read More »

Çin Azərbaycanla Azad Ticarət Sazişinə qoşulmasının üstünlüklərini açıqlayıb

Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron …

Read More »

Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə – 1 milyon manata özəlləşdirilib. Boyukmillet.com xəbər verir ki, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır. Bundan başqa, hərracda “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər …

Read More »

Milyarder Bezosdan bədbin proqnoz: “Ən pisə hazırlaşın”

“Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə milyarder CNN telekanalının efirində bildirib. “İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz – iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir” – deyə, o bildirib. Bezos iqtisadi vəziyyətin pisləşməsi …

Read More »

Samirə Musayeva: “Qarabağda sahibkarların hamısı vergi təşviqindən yararlanacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uçota alınan real vergi subyektlərinin hamısı vergi təşviqlərindən yararlanacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, Qarabağdakı sahibkarlar gələn il yanvarın 1-dən 10 il müddətində hüquqi şəxs olduqda mənfəət vergisi, fiziki …

Read More »

Səhiyyə sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandum müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN Şirkətlər Qrupu” arasında imzalanmış səhiyyə infrastrukturunun inkişafı və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandumla bağlı müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib. Onun sözlərinə görə, müzakirələr Azərbaycan-Türkiyə iş forumu çərçivəsində baş tutub.

Read More »