Şənbə , 15 İyun 2024

Biznes

İqtisadiyyat nazirinin I müavini Göyçayda vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb …

Read More »

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə qida və içki ixrac edə bilər

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan qida məhsulları və spirtli içki idxal etməkdə maraqlı ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Yaxın Şərqdə biznesin inkişafı üzrə ekspert “SKY Consultinq Group” şirkətinin idarəedici tərəfdaşı Kristina Tancyura bildirib. “Bu o halda baş tuta bilər ki, həmin məhsullar dövlət səviyyəsində sertifikatlaşdırılsın və idxalı rəsmi distributor həyata keçirsin”, – …

Read More »

Azərbaycanda malların gömrükdən sürətli buraxılışına hazırlıq gedir

Azərbaycanda sahibkarların haqlı narazılığı nəzərə alınaraq gömrük bəyannaməsi gömrük orqanına təqdim edildiyi andan etibarən 1 gün ərzində ona baxılacaq, əgər bəyannamədə gömrük dəyəri üzrə düzəliş tələbi irəli sürülməlidirsə 24 saat ərzində həmin şəxslərə bildiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib. Onun sözlərinə görə, bu …

Read More »

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə hazırlanacaq

Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir. Boyukmillet.com xəbər verir ki, bu, dövlət başçısının bu gün imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli qanunun tətbiqi və “Kiçik …

Read More »

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı əsasında avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Elm və Təhsil Nazirliyinin təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı …

Read More »

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboy şəhərində vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri …

Read More »

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə …

Read More »

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küç., 27) keçiriləcək. Bildirilib ki, qəbul zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı …

Read More »

Azərbaycanda ötən il vergi ödəyicilərinə 1 milyona yaxın xidmət göstərilib

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 2022-ci il ərzində ümumilikdə 481 032 şəxs qəbul edilib və onlara 910 986 sayda xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, göstərilən xidmətlərdən 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub. Ötən il …

Read More »

Nazir: “İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib”

“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) (@economiczones) yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb. “Bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. avrolıq məhsul istehsal edilib və bunun 1,9 mlrd. avro dəyərində olan hissəsi ixrac edilib”, – nazir qeyd edib.

Read More »