Cümə , 20 Sentyabr 2024

Biznes

İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borge Brende ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir bildirib. “Görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və IV Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik”, – deyə o qeyd edib.

Read More »

Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir

“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, – Siz yəqin bu barədə ətraflı danışdınız, – 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar …

Read More »

İlham Əliyev: “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət üçün daha çox potensial var”

“Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib. Dövlət başçısı bildirib: “Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də …

Read More »

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib. Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə …

Read More »

Azərbaycan məhsulları beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində nümayiş olunur. Boyukmillet.com  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə …

Read More »

Pakistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Pakistanın Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib: “Xarici ticarət əməliyyatlarının xeyli hissəsinin …

Read More »

“Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb. Boyukmillet.com xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. Xatırladaq ki, Nazirlər Kabineti bu il …

Read More »

Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq

Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən quruma 2 516 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, “Dövlət ehtiyatları haqqında” qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində …

Read More »

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 400 milyon ABŞ dolları təşkil edir

“Tezliklə Bakıda İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib. Səfirin sözlərinə görə, İran və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından böyük potensial mövcuddur və qarşıdan gələn iclas bu sahədə aktual məsələləri müzakirə etmək baxımından …

Read More »

Azərbaycanda pandemiya ilə əlaqədar yeni dövlət standartı qəbul olunub

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət …

Read More »