2021-ci ildə Türkiyənin ixrac gəliri 2020-ci illə müqayisədə 39,2% artaraq rekord həddə – 225,4 milyard ABŞ dollarına çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı investisiya qoyuluşu, məşğulluğun təmin edilməsi, istehsal və ixrac hesabına böyüməkdə, inkişaf etməkdədir. R.T.Ərdoğan 20 il bundan əvvəl hakimiyyətə gəldiklərində ölkənin icracının dəyərinin 36 milyard dollar təşkil etdiyini və …
Read More »Dövlət Xidməti: “Onlayn ticarətçilər anbarda olmayan məhsulu təklif edir”
Azərbaycanda yerli onlayn ticarət platformaları anbarda mövcud olmayan məhsulları təklif edirlər. Boyukmillet.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə qurumda iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə keçirilmiş görüşdə məlumat verilib. Bundan başqa, sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanət şərtləri ilə …
Read More »Çində daha bir Azərbaycan Ticarət Evi açılıb
Çinin Hunan vilayətinin Canciacie şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişaf dinamikası haqqında danışaraq Canciacie şəhərində açılmış Azərbaycan Ticarət Evinin bu münasibətlərə töhfə verəcəyinə ümid etdiyini bildirib. Canciaciye şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində Azərbaycan …
Read More »DGK Ermənistan istehsalı olan istifadəyə yararsız malları məhv etdi
Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Bu barədə Boyukmillet.com xəbər verir. DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov bildirib ki, 4 600 qutu fişəng və 119 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq …
Read More »Azərbaycanın iqtisadiyyat nazirinə I müavin təyin edilib
Azərbaycanın iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini Rövşən Nəcəf I müavin təyin edilib. R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə Dövlət Neft …
Read More »Rövşən Nəcəf: “Türk şirkətlərinin Qarabağdakı “Yaşıl enerji” layihələrində iştirakı önəmlidir”
“Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi hər il artır. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq bu ilin 11 ayında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7% artıb” Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda deyib. “Hazırda Azərbaycan Türkiyənin 2-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artmasının əsas səbəblərdən biri kimi Dövlət …
Read More »Vüsal Qasımlı: “Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub”
“Azərbaycan iqtisadiyyatı Vətən müharibəsində qazanılmış qələbədən sonra tamamilə yeni bir mərhələyə qədəm qoyub”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. “İşğaldan azad edilmiş ərazilər, təxminən, 10 min kvadratmetr kilometrdir. Bu da 35 xarici ölkənin ərazisindən böyük ərazi deməkdir. Qarabağın …
Read More »Mikayıl Cabbarov: “Zəngəzur dəhlizini nəqliyyat marşrutlarının kəsişməsi kimi görürük”
“2020-ci ilin əvvəlində imzalanmış saziş və nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Türkiyəyə ixrac edilən məhsulların çeşidi xeyli genişlənib”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov CBC-yə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Azərbaycanın imzaladığı iqtisadi ticari sazişlərin sayı artır: “Ötən ilin əvvəlində qüvvəyə minmiş imtiyazlı ticarət sazişinə əsasən Türkiyə bazarına ixrac etdiyimiz məhsulların çeşidi xeyli artıb. Bu gün Azərbaycanın bir sıra …
Read More »“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib
“Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Gecəni giriş sözü ilə P.Bülbüloğlu açıq elan edib, hər kəsi salamlayıb. …
Read More »Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bu gün Azərbaycana işgüzar səfər edəcək. Boyukmillet.com “Report”un yerli bürosuna isdinadə xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib. N.Turnava ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muşla görüşlər keçirəcək. Hər üç nazir Bakıda keçiriləcək üçtərəfli biznes forumun açılış mərasimində iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan, …
Read More »