Cümə , 22 Noyabr 2024

Biznes

Bakı Şəhər İcra Hakimiyyəti 6 milyon manatlıq tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisindəki dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmir olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi “Vest LTD” MMC-dir. Qalib şirkətə 5 995 300 manat ödəniləcək.

Read More »

İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. Boyukmillet.com xəbər verir ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, tədbir iqtisadi tərəfdaşlığın …

Read More »

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com  xəbər verir ki, müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır. Yeni lizinq şirkəti “KamAZ” markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq. Sənədi GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “KamAZ” …

Read More »

Vüsal Qasımlı: “Ermənistana yardım etmək “sızan vedrə ilə su daşımaq”dır”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avro yardım etməklə bu ölkədə infrastruktur, ətraf mühit, nəqliyyatı inkişaf etdirmək və islahatları dəstəkləmək niyyətinə münasibət bildirib. Boyukmillet.com xəbər verir: V.Qasımlı deyib ki, Ermənistanın Aİ-dən aldığı yardımlar 2019-2020-ci illərdə 2 dəfə artıb və illik 65 milyon avroya çatdıb. Bundan başqa, Aİ 2014-cü ildən …

Read More »

Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 657 müraciət olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib. İclasda …

Read More »

KOBİA-nın sədri Türkiyə səfiri ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir məlumat verib. Məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Read More »

Azərbaycan sahibkarlarının dövlət tenderlərində iştirakı asanlaşdırılacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iyunun 22-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə onlayn görüş təşkil edib. Bu barədə  qurumdan bildirilib. Məlumata görə, görüşdə dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli …

Read More »

Rusiyanın Krasnodar vilayəti və Azərbaycan müəssisələri arasında görüş olub

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının və Rusiyanın Krasnodar vilayətinin rəhbərliyinin dəstəyi ilə region və Azərbaycan müəssisələri arasında onlayn formatda işgüzar görüş keçirilib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye siyasəti departamenti və digər təşkilatların nümayəndələrinin ixracın genişləndirilməsi və ticarətin inkişafı …

Read More »

“Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərə dair görüş keçirilib

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirib. Boyukmillet.com xəbər verir ki, “Dövlət satınalmaları haqqında” qanunda …

Read More »

Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib

“Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib. “Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi …

Read More »