Milli Məclisin deputatı Əziz Ələkbərli Aşıq Ələsgərin heykəlinin ucaldılmasını təklif etdi. Boyukmillet.com-un məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin 26.01.2021-ci il tarixli iclasında komitənin üzvü, Milli Məclisin deputatı Əziz Ələkbərli 2021-ci ildə Azərbaycan aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Bakı şəhərində böyük sənətkarın heykəlinin ucaldılmasını təklif etmişdir. Qeyd edək ki, təklif Komitə sədri Qənirə xanım Paşayeva və …
Read More »“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb. “Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca “Məşğulluq sektoru” …
Read More »Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi
Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur …
Read More »Ramin Quluzadə nazir vəzifəsindən azad edildi
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyə qədər artıracaq. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək: – Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20; – Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10. Hava gəmisinə COVID-19 virusunun …
Read More »Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı
Boyukmillet.com NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, …
Read More »Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentə daxil olub.
Read More »Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar başlayır
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq. Boyukmillet.com “Rosselxoznadzor”un saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, …
Read More »Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub. O cümlədən, bu gündən bu sahələrdə müştərinin …
Read More »Şəhidin yeni doğulan övladına Şuşa adı verildi
Vətən müharibəsində şəhid olan baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü qız övladı dünyaya gəlib. Boyukmillet.com xəbər verir ki, bu gün xəstəxanadan evə buraxılan körpəyə Şuşa adı verilib. Şəhid yaxınlarının verdiyi məlumata görə, Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib. Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar