Həbsxanada aclıq aksiyası keçirən ictimai-siyasi fəal Tofiq Yaqublunun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir.Tofiq Yaqublu artıq 24 gündür həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Uzunmüddətli aclıq fonunda onun səhhətində ciddi problemlərin yarandığı açıqlanıb.Bu barədə Yaqublunun vəkili Fəxrəddin Mehdiyev onunla təcridxanada görüşdükdən sonra məlumat verib.Vəkilin sözlərinə görə, müəssisənin həkimi tərəfindən müayinə edilən Tofiq Yaqublunun arterial təzyiqi 85/60 olub, çəkisi isə 80 kiloqrama …
Read More »Naxçıvanda DÖVLƏTİN subsidiyalı gübrəsi BAZARDA SATILIR… – BU NƏDİ BELƏ?
Naxçıvanda fermerlər üçün nəzərdə tutulan subsidiyalı gübrənin bazarda satıldığı bildirilir. Fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, gübrə üçün müraciət etdikdə yerli Kənd Təsərrüfatı Nazirliyi müxtəlif bəhanələrlə onu verməkdən imtina edir və fermerləri bazara yönləndirir. Babək rayonunun Hacıvar kəndindən olan fermer Fikrət Məmmədov deyir ki, gübrəni vermək üçün ondan payızda əkdiyi sahənin əkinə yararlı olması barədə analiz nəticəsi tələb olunur: “Getmişəm nazirliyə, …
Read More »Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir – Pulunuz kəsiləcək
“eManat” bu bank kartlarına mədaxilə görə haqq tutacaq. Komissiya təkcə “e-Manat” terminallarında yox, bütün ödəniş terminallarında tutulacaq. “Premium Bank” kart və hesablarına terminallar vasitəsilə edilən mədaxillərdən 1% xidmət haqqı tutulacaq. Digər ödəniş istiqamətləri üzrə tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Müvafiq xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Yeni komissiya qaydası 1 aprel 2026-cı il tarixindən tətbiq ediləcək. / Demokrat.az
Read More »Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişikliyi imzalayıb. Beləliklə məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə ilə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına …
Read More »Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı
Gənc istedadlara xüsusi təqaüdlər verilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.
Read More »Gözdən əlilin pensiyasını Xətai icra şöbəsi saxtalıqla yeyir
Bazar günü qətnamə tərtib edən icra məmuru ağır cinayətlərə necə hakimlik edir? Bu günlərdə bir çox informasiya saytlarında baş redaktor (Habil Tağıyev) barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin qanunsuz hökm çıxardığı barədə bilgi yayılıb. Bu hakimin icra məmuru olanda çıxardığı hoqqalardn, saxta icra sənədi, məhkəmə qətnamələri tərtib etməsindən, insanların, əlillərin toxunulmaz əmlaklarını ağır cinayət yolu ilə ələ keçirməsindən …
Read More »Azərbaycanda maaşların və sosial ödənişlərin verilməsi ilə bağlı YENİLİK
Müavinətləri istənilən bankdan almaq mümkün olacaq. Müavinətləri istənilən bank vasitəsilə ala bilməsi üçün bank seçimində sərbəstliyin tətbiqi planlaşdırılır. Bununla bağlı bank sektoru və aidiyyəti qurumlar tərəfindən texniki və təşkilati hazırlıq işləri görülür. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və bu məsələ 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da əksini tapıb. Məsələ ilə bağlı Oxu24.com Azərbaycan Banklar Assosasiyasına sorğu ünvanlayıb. …
Read More »DSMF: Sosial şəbəkələrdəki “1 000 manatlıq ödəniş” xəbəri yalandır
Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 000 manat ödəniş edəcəyi barədə yayılmış məlumatlar tamamilə yalandır. Boyukmillet.com xəbər verir ki, bunu Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, yayılmış videoməlumat vətəndaşları aldatmaq məqsədi daşıyır: “Məlumatda rəsmi siyahı …
Read More »Şantaj olunan xanım tələbələrlə bağlı AÇIQLAMA – PUL təklif edilsə də…
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Tələbələrin fotoları onların “TikTok” profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb. İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir şəxs edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. …
Read More »“AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
Prezident Administrasiyasının idarəçiliyində olan “Azərbaycan” nəşriyyatında uzun illər boyu icarədə olmuş redaksiyaların jurnalist kollektivləri daha bir etiraz aksiyası keçirmək qərarına gəliblər. Bu barədə redaksiyamızın elektron poçtuna göndərilən bəyanatda deyilir. Sitat: “Bu müraciətimizlə bir daha cənab Prezident İlham Əliyevə müraciət edərək düşdüyümüz çıxılmaz vəziyyətlə əlaqədar kömək istəyirik. Belə ki, ötən ay təmir adı ilə boşaldılacaq “Azərbaycan” nəşriyyatında yerləşən redaksiyalara alternativ yer verilmədiyindən, jurnalistlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar