Bazar ertəsi , 5 Oktyabr 2026

Cəmiyyət

Yeni dövlət rüsumunun məbləği açıqlandı

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, dəyişikliklərə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir. Layihəyə görə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir. Müzakirələrdən …

Read More »

Zahid Orucdan MÜHÜM ÇIXIŞ

Milli Məclisin plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə əsasən, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışı zamanı bildirib ki, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil: “Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qeyd edirlər”. Komitə sədri qeyd edib ki, təkcə dövlət yardımı …

Read More »

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı təkrar mübahisə predmeti ola bilməz

Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, işin hallarına görə, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair …

Read More »

Bir müəllimin öyrəniləsi yolu

Müəllim sadəcə bilik ötürən bir səs deyil. Müəllim insanın taleyinə toxunan və qaranlıqda istiqamət və işıqlı yol göstərən bir çıraqdır. Mayaq kimi yolumuza işıq saçır. Onun hər sözü kitabdan çox, yaşanmış həyatın izlərini daşıyır, gələcəyin fəlsəfəsidir; davranışı isə susaraq keçilən bir həyat dərsidir. Müəllim yalnız öyrətmir, eyni zamanda yaşamağın nə demək olduğunu öz varlığı ilə yazır. O, gələcək nəsillərin formalaşmasında görünməz, lakin əvəzsiz rol oynayan bir memardır. …

Read More »

Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği TƏSDİQLƏNDİ

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib. Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar …

Read More »

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası …

Read More »

Azərbaycanda dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortasında nöqsanlar aşkarlanıb

Azərbaycanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası faktiki olaraq həyata keçirilməyib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, dövlət büdcəsindən bu məqsədlə mərkəzləşdirilmiş qaydada 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat vəsait istifadə olunub. Bundan əlavə, dövlətə məxsus əmlakın və büdcədən maliyyələşən təşkilatlara aid nəqliyyat vasitələrinin …

Read More »

Ukraynadan Azərbaycana gətirilən 5 tona yaxın toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb

Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda “salmonella” (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida …

Read More »

AQC qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparacaq

“AQC tərkibində Azərbaycan Qiymətləndiricilər Palatasının problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi departament yaradılacaq.” Bunu mətbuata açıqlamasında AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov deyib. Onun sözlərinə görə, bu barədə AQC İdarə Heyətinin iclasında qərar qəbul edilib. “Son günlər Palata tərəfindən qiymətləndiricilərlə qeyri-rəsmi görüşlər keçirilir və onlara ictimai fəaliyyətin qadağan edilməsi ilə bağlı xəbərdarlıq olunur. Xüsusilə də AQC sıralarında olan …

Read More »

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai nəqliyyatdan müstəqil və maneəsiz şəkildə istifadəsini təmin etmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub. Hesabata əsasən, avtobus dayanacağı ilə yol səthi arasında hündür bordür daşlarının mövcud olması, həmçinin bu səviyyə fərqinin …

Read More »