Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib. Bildirilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ …
Read More »Azərbaycanda 2 yeni institut YARADILDI
Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, həmçinin Tətbiqi Elmlər İnstitutu yaradılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb: – Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu; – …
Read More »İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır
İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, İçərişəhərdə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib. İçərişəhərdə ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb. Bu tarixi addım ilk növbədə sakinlərin …
Read More »İmkansız tələbələr üçün nisyə dəftəri…
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “nisyə dəftəri” açıldığı bildirilir. Tələbələrin “Gündəlik Naxçıvan”a dediyinə görə, bu üsul əsasən diplom işlərinin qəbul etdirilməsi prosesində tətbiq olunur. Onlar iddia edirlər ki, diplom işinin qəbul olunması üçün tələbələrdən 1000 manat rüşvət tələb edilir. Maddi imkanı zəif olan tələbələrdən əvvəlcə 200-300 manat alınır, qalan məbləği isə diplom hazır olana qədər hissə-hissə …
Read More »Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni istifadəyə verilmiş “Dərnəgül” stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq. Biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar.
Read More »Hantavirus qlobal kabusa çevrilib – Mayın 19-u hər şey bəlli olacaq
Mütəxəssislər MV Hondius gəmisində hantavirusun yayılmasını diqqətlə izləyirlər. Bununla bağlı mayın 19-u vəziyyətin inkişafında əsas tarix hesab olunur. Həmin günə qədər gəmidən kənarda infeksiyanın üçüncü nəsil yoluxmalarının ortaya çıxıb-çıxmayacağı bəlli ola bilər. Hazırda 10 yoluxma faktı təsdiqlənib. İndiyədək gəmidə olmayan şəxslərdə virus aşkarlanmasa da, uzun inkubasiya dövrünə görə mütəxəssislər yeni yoluxma ehtimalını istisna etmirlər. Amerikalı həkim və tədqiqatçı Stiven Kuəy …
Read More »Metro, avtobus və taksi sistemində dəyişiklik – RƏSMİ
“Bakı Metropoliteni” QSC-nin “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir. Boyukmillet.com xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trendə müsahibəsində deyib. Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir: “”BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. “Bakı …
Read More »Ağac və kolların kəsilməsi ilə bağlı yeni qaydalar
Milli Məclisin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər ilk oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, qanun layihəsini komitə sədri Tahir Rzayev təqdim edib. Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa …
Read More »AQC Naxçıvan nümayəndəliyinə yeni rəhbər təyin olundu
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində mühüm görüşlər keçirilib və qurumun regional nümayəndəliyinə yeni rəhbər təyin olunub. Boyukmillet.com xəbər verir ki, AQC İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, İdarə Heyətinin sədri Vüqar Oruc və sədrin müşaviri Asif İbrahimov Naxçıvanda bir sıra rəsmi şəxslər və sahə mütəxəssisləri ilə bir araya gəliblər. Görüşlərdə muxtar respublikada …
Read More »Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib
Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib. Boyukmillet.com bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Məhdudiyyət səbəbindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar