Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası …
Read More »Azərbaycanda dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortasında nöqsanlar aşkarlanıb
Azərbaycanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası faktiki olaraq həyata keçirilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, dövlət büdcəsindən bu məqsədlə mərkəzləşdirilmiş qaydada 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat vəsait istifadə olunub. Bundan əlavə, dövlətə məxsus əmlakın və büdcədən maliyyələşən təşkilatlara aid nəqliyyat vasitələrinin …
Read More »Ukraynadan Azərbaycana gətirilən 5 tona yaxın toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb
Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda “salmonella” (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida …
Read More »AQC qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparacaq
“AQC tərkibində Azərbaycan Qiymətləndiricilər Palatasının problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi departament yaradılacaq.” Bunu mətbuata açıqlamasında AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov deyib. Onun sözlərinə görə, bu barədə AQC İdarə Heyətinin iclasında qərar qəbul edilib. “Son günlər Palata tərəfindən qiymətləndiricilərlə qeyri-rəsmi görüşlər keçirilir və onlara ictimai fəaliyyətin qadağan edilməsi ilə bağlı xəbərdarlıq olunur. Xüsusilə də AQC sıralarında olan …
Read More »Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT
Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai nəqliyyatdan müstəqil və maneəsiz şəkildə istifadəsini təmin etmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub. Hesabata əsasən, avtobus dayanacağı ilə yol səthi arasında hündür bordür daşlarının mövcud olması, həmçinin bu səviyyə fərqinin …
Read More »FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik …
Read More »Azərbaycan diasporu ukraynalı güləşçi, soydaşımız Aidə Kərimovanı təltif edib
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ukraynalı qadın güləşçi, soydaşımız Aidə Kərimovanı xüsusi mükafatla təltif edib. Boyukmillet.com xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən konqresin sədri Rövşən Tağıyev U-23 Avropa çempionatında sərbəst güləş yarışları çərçivəsində Ukraynanı 50 kiloqram çəki dərəcəsində təmsil edərək qızıl medal qazanan azərbaycanlı Aidə Kərimovaya qiymətli hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. R.Tağıyev bildirib ki, bu qələbə …
Read More »Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq – SİYAHI
Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı verilməsi işəgötürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əməkhaqlarında artım müşahidə olunacaq. Bu, hansı peşələrdə çalışan qadınlara …
Read More »İlk olaraq bu evlərə çıxarışlar veriləcək – AÇIQLAMA
“Yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli ərazilərdə yerləşən tikililər istisna olmaqla, sənədsiz əmlaklara mülkiyyət hüququ verilməsi ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, 2026-cı ildə bu istiqamətdə atılacaq addımlar iqtisadi aktivliyin artmasına, daşınmaz əmlak bazarının genişlənməsinə …
Read More »FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar