Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

TƏBİB rəhbərliyi 6 saylı Uşaq Kliniki Xəstəxananın sanitar qovşağından xəbərdardırmı?

Dövlət Büdcəsindən hər il səhiyyəmizə yüz milyonlar xərclənir, yenə də səhiyyəmiz acdır, yalavacdır. İnanmırsız?

Jurnalist Ramilla Qurbanlı bu suala cavabı belə verir: “Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Nərimanov Tibb Mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə…”.

Həqiqətən də biabırçılıqdır…

Check Also

Sabahdan Bakı metrosunda intervallar azaldılır

“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Boyukmillet.com …