Çərşənbə axşamı , 4 Mart 2025

Cəmiyyət

Prezidentin köməkçisi: “Türkiyə münaqişənin həllində vacib rolunu təsdiqlədi”

“Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şadam. ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

Read More »

Mehriban Əliyeva: “Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir: Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!#QarabağAzərbaycandır#КарабахэтоАзербайджан#KarabakhisAzerbaijan#stoparmenianaggression

Read More »

Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub. Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı …

Read More »

Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb. Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni silahlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin …

Read More »

MN: Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin …

Read More »

Azərbaycanda daha 122 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan ölüm faktı qeydə alınmayıb. Hazırkı dövrədək ölkəmizdə 42 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 091 nəfərdir.  Ötən müddət ərzində 1 milyon 180 min 271 test …

Read More »

Prof. Dr. Kerem KARABULUT: “Azərbaycan hazırda öz ərazi bütövlüyünü təmin etməyə çalışır”

Bu sözləri qardaş Türkiyənin tanınmış iqtisadi siyasət üzrə mütəxəssislərindən olan Prof.Dr. Kerem Karabulut Azərbaycan mediasına verdiyi açıqlamada deyib. Tanınmış alim bldirib ki, təqribən otuz ildir ki, Ermənistan Azərbaycanın əzəli və əbədi olan torpaqlarını işğal edib və BMT və ATƏT kimi beynəlxalq təşkilatların çıxardığı qətnamələrə baxmayaraq işğalı başa çatdırmayıb. ATƏT Minsk Qrupunun da ancaq münaqişənin vaxtı uzatmaqla məşğul olduğunu və müzakirələrə …

Read More »

Sabah hava yağmursuz keçəcək

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən …

Read More »

Prezident Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Boyukmillet.com-un xəbərinə görə, müsahibə yaxın müddətdə yayımlanacaq

Read More »

ŞANLI AZƏRBAYCAN ORDUSU QARABAĞDA TARİX YAZIR

27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatının qarşısı hər zaman olduğu kimi alınsa da, artıq səbri tükənmiş ordumuz bu dəfə hər zamankından fərqli olaraq, bu quldur zehniyyətli düşmən ordusunu torpaqlarımızdan tamamilə qovub çıxarmağa başlamışdır. Hər dəfə belə təxribatlardan sonra cavablarını alaraq qınlarına çəkilən, eyni zamanda xaricdəki havadarlarını vasitəçi edərək Azərbaycan ordusunun dayandırılmasına alışmış erməni dəstələri …

Read More »