Çərşənbə axşamı , 4 Mart 2025

Cəmiyyət

Rayon yollarındakı postlar ləğv olunur

Xəbər veridiyimiz kimi, mövcud pandemiya şəraiti və sanitar epidemioloji vəziyyətlə əlaqədar olaraq ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, artıq bu ərazilərdən ölkənin digər bölgələrinə gediş-gəlişlər sentyabrın 8-dən etibarən bərpa olunacaq. Bununla əlaqədar rayon yollarında qoyulmuş postlar da ləğv olunur.

Read More »

“Azərbaycanda yeni siyasi münasibətlər formalaşır”

Əlisahib HüseynovMilli Həmrəylik Partiyasının (MHP) sədriBu fonda dövlət başçısının aparıcı müxalifət partiyalarından birinin sədrini təbrik etməsi olduqca təqdirəlayiq haldır. Söhbət Prezident İlham Əliyevin Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovu partiyanın qeydiyyatı münasibəti ilə təbrik etməsindən gedir. Mən bu barədə məlumatı partiyanın rəsmi Facebook səhifəsindən oxudum. Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə …

Read More »

Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

Boyukmillet.com Son illərdə Azərbaycan universitetlərində təhsil alan güney azərbaycanlı tələbələrin bir çoxunun təhsillərini yarımçıq qoyaraq geri döndüklərini üzüntü ilə izləyirik. Bu problemin əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyər itirməsidir. Güney azərbaycanlılar üçün Azərbaycan universitetlərində mədəniyyət sahələrində təhsil almaq həyati əhəmiyyət kəsb edir. Dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsil yalnız Azərbaycan Respubkilasında institutlaşdırılmışdır. Güney azərbaycanlılar üçün …

Read More »

“Azərbaycan hər zaman faşizmin bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparıb”

Cəlil Xəlilov: “Hazırda qarşımızda duran ən başlıca məsələ erməni faşizmini ifşa etmək, işğaldakı torpaqlarımızı azad etməkdir” Bu günlərdə prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” – Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında 416-cı Taqanroq diviziyası, bu diviziyanın faşist Almaniyasına qarşı mübarizədəki xidmətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Ölkə başçısı qeyd …

Read More »

GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİLİK?

Uzun illərin araşdırmaçı jurnalisti kimi mən bu yazımda görünən dağa bələdçilik etmək fikrindəyəm. Çünki bu dağa daş atanlar artıb, yaxşını yamanın gözü götürmür, düzü yalanın sözü qamçılayır, ətəyə astar və üzü yaraşmır və s. Ona görə də istəyirəm ki, həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olan, müstəqil respublikamızın ilk qadın icra başçısı, məsləki, amalı, əqidəsi bütöv İradə Gülməmmədovanın ünvanına səslənən və …

Read More »

Müharibə əlillərinə 250 avtomobil veriləcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Open.az-a verilən məlumata görə, qurum tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən onlardan artıq …

Read More »

Biz ağac əkənik, yoxsa kəsən?! Sahil Tahirli yazır…

Cəhri selabındakı yarısı qurumuş sonuncu söyüd ağacını məhəllə uşaqları ilə bir yerdə qol-budaq edib evlərimizə daşımağımızdan təxminən 25 ilə yaxın vaxt ötür. O vaxt təkcə bizim kəndimiz yox, ümumilikdə, Naxçıvan “donurdu”. Blokada, qaz yox, işıq yox, yanacaq yox, daşımalar yox, dəmir yolu iflic… Çarə on illərlə boya-başa çatmış ağacları kəsib sobalarda təzəklə birlikdə yandırmağa qalmışdı. Nəinki dağda-daşda, meşələrdə, heç həyətlərdə …

Read More »

Bərdənin Kələntərli kəndində fəaliyyətini dayandıran su dəyirmanı işlək vəziyyətə gətirilib

Müasir dövr olsa da, bəzi kəndlərimizdə qədim adət-ənənələr hələ də yaşamaqdadır. Bərdənin Kələntərli kəndində bir müddət fəaliyyətini dayandıran su dəyirmanı bu gün işlək vəziyyətdədir. Dəyirman hazırda kənd sakinlərinə və müxtəlif bölgələrdən gələn insanlara xidmət göstərir. Dəyirmanın sahibi dövrünün sayılan-seçilən insanlarından olan İSMAYIL kişi doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Dərələyəz mahalından uşaq ikən ailəsilə birgə Bərdənin Kələntərli kəndinə pənah gətirib. Uzun …

Read More »

Naxçıvantravel yeni saytını təqdim edib – FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla bağlı istənilən məlumatı  əldə edə biləcəklər.   “Nakhchivan travel” şirkətinin yeni saytının yaradılmasında əsas məqsəd muxtar respublikanın  turizm potensialı haqqında geniş məlumat verməklə Naxçıvana turist axınını sürətləndirməkdir. Turistlər saytın “Daxili turlar” bölməsinə daxil olmaqla muxtar respublikanın  turist marşrutları ilə  yaxından tanış ola və gedəcəyi yerlər barəsində ətraflı məlumat əldə edə bilərlər. …

Read More »

Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

Azərbaycan Mərkəzi Bankının Sumqayıt Ehtiyat Mərkəzinin direktoru Elşən Mahmudov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, mərkəzə rəhbərlik Arza Əliyevə həvalə olunub.

Read More »