Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməsi prosesi bərpa olunub. Bu prosesin davamı olaraq, iyulun 24-də “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında keçirilmiş növbəti səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib. …
Read More »Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ
“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib”. Boyukmillet.com xəbər verir ki, bunu Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib. P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin …
Read More »Azərbaycan əhalisinin milli tərkibi: 120 mindən çox erməni vətəndaşımız var
Əldə olan son statistikaya əsasən ölkəmizdə azərbaycanlılardan sonra ilk üçlükdə ləzgilər, ermənilər, ruslar üstünlük təşkil edir. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, milli mənsbiyyətlə bağlı sonuncu statsitika əhalinin 2009-cu ildə siyahıyaalınması zamanı qeydə alınıb. Yeni statistika isə 2022-ci ildə ictimaiyyətə açıqlanacaq. Hazırda son məlumatlar emal mərhələsindədir. Qeyd edək ki, 2020-ci il iyun ayının 1-i vəziyyətinə Azərbaycan …
Read More »Taksi qiymətlərində kəskin artım: səbəb nədir? – Ekspert
Pandemiya müddətində ölkədə fəaliyyət göstərən taksilərin qiymətlərində artım müşahidə edilib. Boyukmillet.com bildirir ki, bunu Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu, taksilərin və sərnişinlərin sayının azalması ilə bağlıdır: “Pandemiya müddətində əksər taksi sürücüləri fərqlənmə nişanı olmadığı üçün işə çıxa bilmədilər. Bu səbəbdən fəaliyyət göstərən taksilərin sayı xeyli azaldı. Eyni zamanda müştərilərin də sayında azalma müşahidə edildi. Buna görə də həm …
Read More »Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı
Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı – Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə …
Read More »Qurban bayramında qeyri-iş günləri AÇIQLANDI
Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq. Boyukmillet.com xəbər verir ki, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və …
Read More »Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandı
Ağstafa rayonunda “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. Nazirliyin mətbuat katibi İradə İbrahimova Open.az-a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli …
Read More »Xəzər dənizi üzərindən körpü tikilir?
“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”. Bu barədə Open.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir. Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin …
Read More »Sabirabadda toy məclisi təşkil edən şəxslər cərimələndi
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, Sabirabad …
Read More »Rəfail Məmmədova vəzifə verildi
Kürdəmir Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Rayon Təhsil Şöbəsindən Open.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin 01-9-143/17 nömrəli razılıq məktubu və Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Məmmədov Rəfail İnqilab oğlu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Read More »