“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” yeni redaksiyada təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Xəbər yenilənir
Read More »Süni intellekt hüquq sahəsinə necə bir təsir göstərəcək? – Gənc hüquqşünas yazır
Keçdiyimiz illərdə dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır. Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir. Hüquq sahəsi də bu dəyişiklikdən kənarda qalmır. Hüquqşünaslar, məhkəmələr və dövlət qurumları böyük həcmdə məlumatla işlədikləri üçün süni intellektin bu sahədə istifadəsi xüsusilə maraqlı …
Read More »Nazirlik milyonlarla vəsait ayırdı
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müxtəlif təhsil müəssisələrinin və uşaq bağçalarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə iri məbləğli satınalma həyata keçirir. Boyukmillet.com xəbər verir ki, bağlanmış müqavilələrə əsasən, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxana kompleksinin layihələndirilməsinə 1 071 046.67 manat, BMU və SDU-nun nəzdində Peşə Təhsil Mərkəzləri ilə Mədəniyyət və Sənətkarlıq …
Read More »Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.
Read More »Beynəlxalq təşkilatdan AQC sədrinə yüksək etimad
Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruca təklif olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Avrasiya Qiymətləndiricilər Birliyinin baş direktoru, professor Nikolay Trifonov, FRICS tərəfindən AQC-yə ünvanlanan rəsmi məktubda bildirilib. Müraciətdə AQC-nin xüsusilə Vüqar Orucun rəhbərliyi dönəmində Azərbaycanda müstəqil qiymətləndirmənin inkişafında, milli qiymətləndirmə standartlarının formalaşdırılmasında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində roluna diqqət çəkilib. Məktubda …
Read More »Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi – İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. Boyukmillet.com nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib. Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub. Hazırda …
Read More »Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi etiraz doğurdu
Gömrükdə subyektlərin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir” – “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsində (DGK) qarşılaşdığı süni əngəllər və qanunsuzluqlarla bağlı mətbuata müraciət ünvanlayıb. Boyukmillet.com–un xəbərinə görə, o, müraciətində iddia edir ki, DGK rəhbərliyinin “vahid sistemlə çalışırıq” bəyanatları gerçəkliyi əks etdirmir və qurumun bəzi məsul şəxsləri ölkə rəhbərliyinin sahibkarlığa dəstək kursuna daban-dabana ziddir. Ramil Aslanov dövlət …
Read More »Bakıda daşınmaz əmlak bahalaşıb – Ən çox torpaq sahələrinin qiyməti artıb
Bakıda 2026-cı ilin avqust-sentyabr aylarında əsas daşınmaz əmlak kateqoriyaları üzrə qiymətlər orta hesabla 1,36 faiz artıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) araşdırmasına əsasən, paytaxtın daşınmaz əmlak bazarında bahalaşma bütün əsas kateqoriyalarda müşahidə olunub. Ən yüksək aylıq qiymət artımı torpaq sahələrində qeydə alınıb. Belə ki, bir ay ərzində Bakıda torpaq sahələrinin qiyməti orta hesabla 1,8 faiz yüksəlib. Qeyri-yaşayış …
Read More »Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olsa, ailəsinə 20 min manat ödəniləcək
Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumları həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə …
Read More »Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək
Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
